microcode, veb saytlarin hazirlanmasi

Yeniliklərə Bizimlə Addım Atın

Peşəkar və daima özünü inkişaf etdirən komandamızla, dövrün ən son texnologiyalarından istifadə etməklə, sizin üçün təhlükəsiz, sürətli veb saytlar, mobil tətbiqlər hazırlamağa çalışırıq. Bundan əlavə biz, seo, smm, hosting, videoçarxların, animasiyaların hazırlanması xidmətləri də göstəririk.

microcode, veb saytlarin hazirlanmasi

Veb saytların hazırlanması

İstənilən dizaynda və istənilən funksionallıqda veb saytların hazırlanması.

Mobil tətbiqlər

Ios və Android platformaları üçün unikal dizaynda mobil tətbiqlərin hazırlanması.

UI/UX dizayn

Veb saytların, mobil tətbiqlərin müasir üslubda, zövqünüzə uyğun dizayn edilməsi.

SEO

Hazırlanan və ya mövcud saytların Google axtarış sistemlərində optimizasiyası.

SMM

Sosial media hesablarının idarə edilməsi. Səhifələrin dəstəklənməsi və keyfiyyətli materiallarla zənginləşdirilməsi

Hosting

Yüksək performans göstərən Hosting paketlərinin satışı. Korporativ e-mail adreslərinin quraşdırılması.

Gördüyümüz işlər

Veb saytlarin hazirlanmasi,Sayt Hazirlanmasi,UI/UX Dizayn,SEO xidmeti,Veb dizayn,Saytlarin Optimizasiyasi

Əsas üstünlüklərimiz

Göstərdiyimiz unikal xidmətlər ilə hər bir müştərilərimizi məmnun etməyə,işimizi bacardığımız qədər keyfiyyətli və operativ görməyə çalışırıq.

Müasir texnologiyar
Sürətli və keyfiyyətli
Responsiv dizayn
Seçiminizə uyğun
SEO
Saytların optimizasiyası
Hosting
Yüksək performanslı hosting
Rahat İdarəetmə
Saytınıza özəl idarəetmə paneli
Texniki xidmət
Mövud saytlara texniki dəstək
microcode, veb saytlarin hazirlanmasi
microcode, veb saytlarin hazirlanmasi
Rəylər

Müştərilərimizin Fikirləri

Ən son məqalələr

Sizə maraqlı olan, öyrənmək istədiyiniz mövzuları `əlaqə bölməsindən` bizə ünvanlaya bilərsiniz. Bu bizim üçün xoş olar.

Apr 17, 2020

İnsan zəkasına təsir edib etmədiyi haqqında həmişə mübahisə edilən Mozart təsiri

Klassik musiqi dinləmək insan zəkasını inkişaf etdirirmi? İllərdir insanların dilindən düşməyən bu bilginin əsasları nələrdir? Təbii ki,aramızda Motsartı tanımayan çox az insan var lakin, biz yenə qısaca yazaq. Tam adı Volfqanq Amadey Motsart olan bəstəkar 1756-cı ildə Avstrya-da doğulmuşdur.Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, orqan ifaçısı və dirijor da olmuşdur. Müasirlərinin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur.1791-ci ildə 35 illik həyatı sona çatan bəstəkar,bu qısa dövr ərzində 625 əsər ərsəyə gətirmişdir. Motsart və psixologiya elmi Motsart'ın xüsusi ilə Türk marşı ve 40. sinfoniyası bütün dünyada sevərək dinlənilən əsərlərinin başında gəlir.Onun adının keçdiyi, və əsərlərindən ilham alınaraq araşdırmaların edildiyi bir çox elm içərisində psixologiyanı da görə bilərik.Bəs bunun səbəbi nədir? Klassik musiqi və insan psixologiyası İnsan davranışlarını incələyən psixologiya elmi musiqinin orqanizma üzərindəki təsirlərini araşdırmışdır.Digər musiqilər ilə müqayisə edildiyində klassik musiqinin daha çox dinləndiyi müəyyən edilmişdir.Elm adamları klassik musiqinin təsirini insandan heyvana hətda bitkiyə qədər müxtəlif tip canlılar üzərində test etmişdir.Bütün bu araşdırmalar və sınaqlar klassik musiqinin inəklərdə süd artımı , bitkilərin böyüməsinin sürətlənməsi kimi nümunələri ortaya qoymuşdur.Hətda ana bətnində Motsart dinlədilən uşaqların digərlərindən daha ağıllı olduğu inancı da vardır. Motsart Təsiri nedir? Sadə dildə desək klassik muqisinin insan və digər canlılar üzərindəki  təsirinə qısaca "Mozart təsiri" deyilir. Nə üçün Motsart? 1991’de Alfred A. Tomatis’in Neden Motsart? (Pourquoi Mozart?) adlı kitabında ortaya attığı klassik müziqinin zeka üzərindəki  təsirinə yönlənən nəzəriyyəsi, iki il sonra Frances Rauscher ve dostları tərəfindən gəlişdirilmişdir.Rauscher və dostlarının çalışmaları nəticəsində,araşdırmalara qatılan insanların anlama səviyyəsində Motsart sonelərini dinlədikdən 15 dəqiqə sonra irəliləyiş olduğunu görmüşlər. Bir çox mənbələri araşdırarkən aydın olur ki, psixoloji problemləri olan çox insanlar Motsart dinlədikdən sonra özünü çox yaxşı hiss etdiyini deyir.Hetda belə bir nümunə vardir ki,Parisli rəssam Katia Eliard 8 ay boyunca davamlı olaraq fasilələr ilə Motsart musiqilərini dinləməyin 10 illik psixoterapiyadan daha faydalı olduğunu qeyd edir. Mən test etdim,həm öz üzərimdə həm də bitkilərim üzərində.Cəhd etmək sizə qalıb.
Apr 17, 2020

Disiplin qazanmağın 5 əsas metodu

Bir insanın nailiyyətlərinə və xoşbəxtliyinə töhfə verə biləcək bir çox vacib amillər vardır,lakin bu danılmazdır ki,yalnız nizam-intizamlı insanlar həyatın bütün sahələrində davamlı, uzunmüddətli müvəffəqiyyət qazana bilir. Disiplinli olmaq,həyatınızın istənilən məqamında,fərqi yoxdur bu idman,iş etikası,insanlar ilə münasibətləriniz,sağlam həyat tərzi keçirmək,hədəflərə çatmaq,xoşbəxt olmaq və s kimi məsələlərdə sizi önə çəkən bir nömrəli xüsusiyyətdir. Wilhelm Hoffman tərəfindən 2013-cü ildə edilən bir araşdırmaya görə, özünü idarəetmə qabiliyyəti yüksək olan insanlar, olmayanlardan daha xoşbəxtdir.Aparılan tədqiqatlar bunun həqiqət olduğunu gösterdi,çünki,özü üçün nizam qaydaları olan insanlar diqqətini hədəflərinə daha yaxşı verə bilir. 1.Diqqətinizi çəkən digər məsələləri aradan qaldırın. Bu sözlərə əməl edərkən disiplinli olmaq daha asandır “out of sight, out of mind.” Ətrafınızda olan diqqətənizi yayındıra bilecek amillərdən uzaqlaşmaq bunun üçün ilk addım ola biler.Müəyyən bir müddət ərzində diqqətinizi yayındıran veb saytları - Facebook, Youtube, hətta e-poçtlardan uzaq dura bilersiniz.Telefonda bildirimləri bağlamaq sizə vaxt qazandıracaqdır. 2. Mütəmadi və sağlam qidalanın. Tədqiqatlar göstərir ki, aşağı qan şəkəri bir insanın qətiyyətini zəiflədir.Ac olduğunuzda diqqətinizi gördüyünüz işə verməkdə əziyyət çəkirsiniz, çünki bu zaman beyniniz ən yüksək potensialına uyğun işləmir.Yemək qan şəkərinizin səviyyəsini tənzimləyir və qərar qəbul etmə bacarıqlarınızı və konsentrasiyanı yaxşılaşdırır.Amma icazə verin ki,beyniniz böyüyən mədənizə deyil,hədəflərinizə və prioritetlərinizə yönelsin. 3.Başlamaq üçün doğru zamanı gözləmə. Çox zaman əlimizdə olan imkanlar və ya bacarıqlar başlamaq üçün bizə maneə kimi görünə bilər.Lakin,bir məqsəd seçdiyimiz zaman bu düşüncələrərin hamısından uzaqlaşaraq ilk addımı atmaq lazımdır. 4.Öz cədvəlini qur. Hər gün və ya hər ay,fərqi yoxdur.Hədəflərinizə çatmaq üçün mütləq şəxsi "edəcəklərim" listəniz olmalıdır. 5.Özünüzə inanın və irəliyə doğru addım atın. Yeni düşüncə tərzi formalaşdırmaq həmişə planlalımıza uyğun getməyə bilər.Enmələr,qalxmalar,uğursuzluqlar ola biler.Amma əsas odur ki,bütün bunlara baxmayaraq irəliləyə biləsən.Hər hansı bir uğursuzluqda bunun səbəbini axtarmaq və qəbul edib davam etmək lazımdır.Bu cür məqamlarda özünü günahlandırmaq,məyus olmaq,geri çəkilmək və s sizin öz inkişaf yolunuzda heç bir kömək etməyəcəkdir.Əksinə həmişə çətinlikləri gözə alaraq addımlamaq lazımdır. Motivasiyada qalın,hədəfinizə focuslanın!
Apr 18, 2020

Beyinə fərqli formalarda təsir edən 5 kitab

Bu mətndə elm adamları tərəfindən tövsiyyə edilən,insan beyninə fərqli formalarda təsir edən kitabları görəcəksiniz.Bu kitablar motivasiya, öz inkişaf başlığı altında satılmasa da insana fərqli baxış bucağı qazandırmaqda çox faydalıdır. Ədəbiyyatın hər bir insan üzərində zehnləri rahatladıcı bir təsiri vardır.Hər bir roman insanlar tərəfindən fərqli anlaşıla bilir.Bu təsirlər üzərində araşdırmalar edən elm adamları, bəzi romanların insan beynini inkişaf etdirdiyini,kəskinləşdirdiyini ,varlıq səbəblərini araşdırmağı , düşünməyi asanlaşdırdığını müəyyən etmişlər. Bu kitablar ilə tanış olaq. 1.Goethe - Gənc Verterin iztirabları  "Gənc Verterin iztirabları" müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub, məhəbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə bağlı olmuşdur. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə - Maksimilane fon Laroşa məxsusdur. 2.Jane Austen - Qürur və Qərəz Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər. 3.Sun Tzu - Hərb Sənəti İki min ildən artıq bir müddətdə Sun Tzunun “Hərb sənəti” liderlərə döyüş taktikası və idarəetmə strategiyaları haqqında tövsiyələr verib. Bu kitab Çin mədəniyyətinin üzvi hissəsi olmaqla bərabər, həm də Qərbin həm hərbi işlərdə, həm biznesdə, həm də adi insan münasibətlərində yaşayış uğrunda mübarizəsinin və uğurlarının məhək daşı rolunu oynayıb. Qədim dünyanın müharibə texnikasına, hiylə­gər­lik­lərinə və texnologiyalarına istinad etməklə əsər məhz öz zamanının məhsuludur. Lakin onun çox yeri müasir ssenarilərə də yaxşı uyğun gəlir və bu, indiki zamanda belə onun niyə populyar klassik oxu kimi qəbul olunmasını göstərən səbəbdir. Əslində bu günkü oxucu bu kitabdakıları məhz müharibə şəraiti üçün deyil, daha çox biznes və siyasət kontekstində tətbiq edir. 4.Qustav Flober -  Madam Bovari XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə ­çevrildi. Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir. 5.Lev Tolstoy - Anna Karenina Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur. Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir. Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxu­cunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.   Xoş mütaliələr!