Microcode komandası olaraq yalnız veb saytların hazırlanması ilə kifayətlənmirik, həm də onların davamlı şəkildə işləməsini təmin edirik. Texniki dəstək xidməti sayəsində saytınız hər zaman təhlükəsiz, sürətli və güncəl qalır.
Sayt işə salındıqdan sonra da diqqət tələb edir: proqram təminatı və plaginlər yenilənir, təhlükəsizlik boşluqları aşkarlanır, hostinq və domen müddətləri bitir, məzmun köhnəlir. Bu işlərə vaxtında baxılmayanda sayt yavaşlayır, xəta verir və ya ən pis halda sındırılır. Texniki dəstək bu riskləri azaldır və sizi gündəlik texniki problemlərdən azad edir.
Xidmətə nələr daxildir?
Domen və hostinq idarəçiliyi
Domen və hostinq müddətlərinin izlənməsi, SSL sertifikatının aktiv saxlanması, DNS qeydlərinin düzgün qurulması və lazım olduqda saytın başqa serverə köçürülməsi.
Təhlükəsizlik və yenilənmələr
Sistemin, kitabxanaların və plaginlərin yenilənməsi, təhlükəsizlik yoxlamaları, şübhəli fəaliyyətin izlənməsi və giriş hüquqlarının nəzarətdə saxlanması.
Ehtiyat nüsxələr
Fayl və verilənlər bazasının müntəzəm ehtiyat nüsxələrinin alınması və problem yarananda saytın bərpası.
Səhvlərin aradan qaldırılması
Saytda yaranan xətaların, sınmış səhifələrin və formaların araşdırılması və düzəldilməsi.
Kontent və dizayn yenilənmələri
Yeni səhifə, mətn, şəkil və bölmələrin əlavə edilməsi, kiçik dizayn dəyişiklikləri və yeni funksiyaların tətbiqi.
Sürət və texniki SEO
Şəkillərin optimallaşdırılması, keşləmə, səhifə sürətinin yaxşılaşdırılması, sitemap, başlıq strukturu və indeksləmə problemlərinin düzəldilməsi. Bunun niyə vacib olduğunu SEO nədir yazımızda izah etmişik.
Dəstək necə işləyir?
Dəstəyə başlamazdan əvvəl saytın texniki vəziyyəti yoxlanılır: istifadə olunan proqram təminatının versiyaları, təhlükəsizlik, ehtiyat nüsxələr, sürət və xətalar. Aşkar olunan təcili problemlər ilk növbədə həll edilir, sonra müntəzəm işlər (yenilənmələr, ehtiyat nüsxələr, monitorinq) planlaşdırılır. Kontent və dizayn dəyişiklikləri üçün müraciətlərinizi qəbul edir, görülən işlər barədə sizi məlumatlandırırıq.
Kimlər üçün uyğundur?
- Saytını idarə etmək üçün ayrıca IT mütəxəssisi olmayan şirkətlər
- Satışları birbaşa saytdan asılı olan onlayn mağazalar
- Saytı başqa komanda tərəfindən hazırlanmış və dəstəksiz qalmış bizneslər
- Saytını mərhələli şəkildə inkişaf etdirmək istəyənlər
Dəstəyin həcmi nədən asılıdır?
Saytın növü və texnologiyası (korporativ sayt, onlayn mağaza və ya fərdi platforma), inteqrasiyaların sayı, gözlənilən dəyişikliklərin həcmi və tezliyi, həmçinin cavab vaxtına olan tələblər dəstək paketini müəyyən edir. Başqa komanda tərəfindən hazırlanmış saytlar üçün əvvəlcə texniki vəziyyət yoxlanılır, sonra uyğun dəstək planı təklif olunur. Sayt büdcəsini planlaşdırarkən illik xərclər haqqında veb sayt qiyməti yazımız faydalı ola bilər.
Microcode üstünlükləri
- Saytları hazırlayan komanda tərəfindən dəstək – kodu və strukturu tanıyan mütəxəssislər
- Veb, mobil və dizayn işlərinin bir komandada görülməsi
- Problemlərin səbəbini aradan qaldırmağa yönəlmiş yanaşma
Məqsədimiz sizin saytınızın istifadəçilər üçün həmişə əlçatan və problemsiz qalmasını təmin etməkdir. Yeni sayt lazımdırsa, veb saytların hazırlanması xidmətimizlə tanış olun.