Biznesin idarə edilməsi (ERP)

ERP sistemi: mühasibat, anbar və satış

Satış və alış, anbar, istehsal, kassa və bank, əmək haqqı və maliyyə hesabatları bir sistemdə.

ERP sistemi: mühasibat, anbar və satış

Kiçik və orta istehsal, topdan satış və paylama şirkətləri üçün veb əsaslı ERP. Satış və alış sənədləri, anbar qalıqları, kassa və bank, əmək haqqı və mühasibat yazılışları bir bazada aparılır: sənəd təsdiqlənəndə müxabirləşmə avtomatik yaranır, hesabatlar dərhal yenilənir.

Modullar

  • Satış və alış fakturaları, qaytarmalar, əlavə xərclər, e-qaimə paketi
  • Anbarlar, anbara mədaxil, anbarlararası yerdəyişmə, silinmə, çəki fərqləri
  • İstehsal: xammal sərfi, hazır məhsul çıxışı, maya dəyərinin hesablanması (AVCO)
  • Kassa və bank: mədaxil, məxaric, köçürmələr; çoxvalyutalı uçot
  • İşçilər, tabel və əmək haqqı cədvəli
  • Əsas vəsaitlər: alış, satış, amortizasiya
  • Qiymət razılaşmaları: ümumi, qrup və müştəriyə fərdi qiymətlər
  • İstifadəçilər, rollar və modul üzrə icazələr (baxış / əlavə / redaktə / silmə)

Hesabatlar

  • Mənfəət və zərər, balans, dövriyyə qalıq cədvəli, hesab kartı
  • Pul vəsaitlərinin hərəkəti, kassa və bank hesabatları
  • Mal hesabatı, anbar hesabatları, debitor-kreditor qalıqları
  • Satış və maya dəyəri hesabatları; hamısı Excel-ə ixrac və çap

Necə tətbiq edirik

Sistemi şirkətinizin hesab planına, anbar strukturuna və sənəd dövriyyəsinə uyğunlaşdırır, mövcud məlumatları (müştərilər, məhsullar, qalıqlar) köçürür və işçilərinizə təlim keçirik. Lazım olan əlavə modul və hesabatları sifarişlə hazırlayırıq.

Demoya yuxarıdakı giriş məlumatları ilə daxil olub bütün bölmələrə baxa bilərsiniz (demo hesab yalnız baxış üçündür).

Digər hazır həllər

Bizimlə əlaqə

Proyektiniz var?

Bizimlə ofis

38 Khatai Ave, Baku 1008

Xəritədə baxın

Sosial Mediada biz