microcode veb saytlarin hazirlanmasi, bloq bolmesi

İnsan zəkasına təsir edib etmədiyi haqqında həmişə mübahisə edilən Mozart təsiri

Klassik musiqi dinləmək insan zəkasını inkişaf etdirirmi?

İllərdir insanların dilindən düşməyən bu bilginin əsasları nələrdir?

Təbii ki,aramızda Motsartı tanımayan çox az insan var lakin, biz yenə qısaca yazaq.

Tam adı Volfqanq Amadey Motsart olan bəstəkar 1756-cı ildə Avstrya-da doğulmuşdur.Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, orqan ifaçısı və dirijor da olmuşdur. Müasirlərinin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur.1791-ci ildə 35 illik həyatı sona çatan bəstəkar,bu qısa dövr ərzində 625 əsər ərsəyə gətirmişdir.

Motsart və psixologiya elmi

Motsart'ın xüsusi ilə Türk marşı ve 40. sinfoniyası bütün dünyada sevərək dinlənilən əsərlərinin başında gəlir.Onun adının keçdiyi, və əsərlərindən ilham alınaraq araşdırmaların edildiyi bir çox elm içərisində psixologiyanı da görə bilərik.Bəs bunun səbəbi nədir?

Klassik musiqi və insan psixologiyası

İnsan davranışlarını incələyən psixologiya elmi musiqinin orqanizma üzərindəki təsirlərini araşdırmışdır.Digər musiqilər ilə müqayisə edildiyində klassik musiqinin daha çox dinləndiyi müəyyən edilmişdir.Elm adamları klassik musiqinin təsirini insandan heyvana hətda bitkiyə qədər müxtəlif tip canlılar üzərində test etmişdir.Bütün bu araşdırmalar və sınaqlar klassik musiqinin inəklərdə süd artımı , bitkilərin böyüməsinin sürətlənməsi kimi nümunələri ortaya qoymuşdur.Hətda ana bətnində Motsart dinlədilən uşaqların digərlərindən daha ağıllı olduğu inancı da vardır.

Motsart Təsiri nedir?

Sadə dildə desək klassik muqisinin insan və digər canlılar üzərindəki  təsirinə qısaca "Mozart təsiri" deyilir.

Nə üçün Motsart?

1991’de Alfred A. Tomatis’in Neden Motsart? (Pourquoi Mozart?) adlı kitabında ortaya attığı klassik müziqinin zeka üzərindəki  təsirinə yönlənən nəzəriyyəsi, iki il sonra Frances Rauscher ve dostları tərəfindən gəlişdirilmişdir.Rauscher və dostlarının çalışmaları nəticəsində,araşdırmalara qatılan insanların anlama səviyyəsində Motsart sonelərini dinlədikdən 15 dəqiqə sonra irəliləyiş olduğunu görmüşlər.

Bir çox mənbələri araşdırarkən aydın olur ki, psixoloji problemləri olan çox insanlar Motsart dinlədikdən sonra özünü çox yaxşı hiss etdiyini deyir.Hetda belə bir nümunə vardir ki,Parisli rəssam Katia Eliard 8 ay boyunca davamlı olaraq fasilələr ilə Motsart musiqilərini dinləməyin 10 illik psixoterapiyadan daha faydalı olduğunu qeyd edir.

Mən test etdim,həm öz üzərimdə həm də bitkilərim üzərində.Cəhd etmək sizə qalıb.

Sizə maraqlı olan mövzunu bizimlə paylaşın