microcode veb saytlarin hazirlanmasi, bloq bolmesi

Dünyanın ən güclü Android smartfonları açıqlandı

Mobil benchmark platforması AnTuTu, Android smartfonlarının 2020-ci ilin İyul ayı üçün performans reytinqini təqdim etdi. Təqdim olunan məlumatlar, hər bir cihaz üçün bütün test nəticələrinin orta göstəricisidir.

Ötən ay olduğu kimi lider Oppo Find X2 Pro idi. Model, Snapdragon 865 + LPDDR5 + UFS 3.0 paketi sayəsində 613,048 bal toplayıb. Sonrakı yerdə Oppo Find X2-dir, 606.490 bal. Üçüncü yerdə 601,706 balla "əlverişli flaqman" Redmi K30 Pro Zoom Edition qərarlaşıb.

Qalan ilk 10 yer isə belədir: Xiaomi 10 Pro (600 840), Vivo iQOO Neo 3 (596 141), Oppo Ace 2 (595 408), Vivo X50 Pro + (595 404), Realme X50 Pro Player Edition (588 837), Meizu 17 Pro (587 483) və Vivo iQOO 3 (587 087).

Siyahıda olan bütün smartfonlar Snapdragon 865 çipseti ilə təchiz olunub. Müəyyən nəticələrdəki fərq isə flaş yaddaşın sürəti, yeniləşmə sürəti və proqram optimallaşdırılması ilə bağlıdır.

Sizə maraqlı olan mövzunu bizimlə paylaşın