microcode veb saytlarin hazirlanmasi, bloq bolmesi

Dizayner olmayanlar üçün 5 pulsuz dizayn resursu

Startapınızda dizayn işlərini görmək üçün dizaynerə ehtiyac yoxdur. Aşağıdakı platformalar sizin dizayn problemlərinizi həll edəcək:

1. Canva - platformasının onlayn redaktoru geniş çeşidli dizayn şablonları ilə məşhurdur. Funksionallıq cəlbedici foto kolajlar, təqdimatlar, infoqrafika, onlayn və oflayn marketinq üçün materiallar yaratmağa imkan verir.

2. Crello - Canva redaktorunun analoqudur. Platformada animasiya daxil olmaqla 40 növ şablon (marketinq materialları, bloq materialları, sosial media, reklam üçün) mövcuddur.

3. Remove.bg - bir neçə saniyədə şəklin arxa hissəsini silmək üçün ödənişsiz onlayn foto redaktordur.

4. Avatan - Photoshop'da olduğu kimi effektləri və əsas redaktə imkanları olan ödənişsiz onlayn foto redaktordur.

5. Infogram - infoqrafiya və qrafiklər yaratmaq üçün nəzərdə tutulmuş vasitədir.

Sizə maraqlı olan mövzunu bizimlə paylaşın