microcode veb saytlarin hazirlanmasi, bloq bolmesi

Disiplin qazanmağın 5 əsas metodu

Bir insanın nailiyyətlərinə və xoşbəxtliyinə töhfə verə biləcək bir çox vacib amillər vardır,lakin bu danılmazdır ki,yalnız nizam-intizamlı insanlar həyatın bütün sahələrində davamlı, uzunmüddətli müvəffəqiyyət qazana bilir.

Disiplinli olmaq,həyatınızın istənilən məqamında,fərqi yoxdur bu idman,iş etikası,insanlar ilə münasibətləriniz,sağlam həyat tərzi keçirmək,hədəflərə çatmaq,xoşbəxt olmaq və s kimi məsələlərdə sizi önə çəkən bir nömrəli xüsusiyyətdir.

Wilhelm Hoffman tərəfindən 2013-cü ildə edilən bir araşdırmaya görə, özünü idarəetmə qabiliyyəti yüksək olan insanlar, olmayanlardan daha xoşbəxtdir.Aparılan tədqiqatlar bunun həqiqət olduğunu gösterdi,çünki,özü üçün nizam qaydaları olan insanlar diqqətini hədəflərinə daha yaxşı verə bilir.

1.Diqqətinizi çəkən digər məsələləri aradan qaldırın.

Bu sözlərə əməl edərkən disiplinli olmaq daha asandır “out of sight, out of mind.” Ətrafınızda olan diqqətənizi yayındıra bilecek amillərdən uzaqlaşmaq bunun üçün ilk addım ola biler.Müəyyən bir müddət ərzində diqqətinizi yayındıran veb saytları - Facebook, Youtube, hətta e-poçtlardan uzaq dura bilersiniz.Telefonda bildirimləri bağlamaq sizə vaxt qazandıracaqdır.

2. Mütəmadi və sağlam qidalanın.

Tədqiqatlar göstərir ki, aşağı qan şəkəri bir insanın qətiyyətini zəiflədir.Ac olduğunuzda diqqətinizi gördüyünüz işə verməkdə əziyyət çəkirsiniz, çünki bu zaman beyniniz ən yüksək potensialına uyğun işləmir.Yemək qan şəkərinizin səviyyəsini tənzimləyir və qərar qəbul etmə bacarıqlarınızı və konsentrasiyanı yaxşılaşdırır.Amma icazə verin ki,beyniniz böyüyən mədənizə deyil,hədəflərinizə və prioritetlərinizə yönelsin.

3.Başlamaq üçün doğru zamanı gözləmə.

Çox zaman əlimizdə olan imkanlar və ya bacarıqlar başlamaq üçün bizə maneə kimi görünə bilər.Lakin,bir məqsəd seçdiyimiz zaman bu düşüncələrərin hamısından uzaqlaşaraq ilk addımı atmaq lazımdır.

4.Öz cədvəlini qur.

Hər gün və ya hər ay,fərqi yoxdur.Hədəflərinizə çatmaq üçün mütləq şəxsi "edəcəklərim" listəniz olmalıdır.

5.Özünüzə inanın və irəliyə doğru addım atın.

Yeni düşüncə tərzi formalaşdırmaq həmişə planlalımıza uyğun getməyə bilər.Enmələr,qalxmalar,uğursuzluqlar ola biler.Amma əsas odur ki,bütün bunlara baxmayaraq irəliləyə biləsən.Hər hansı bir uğursuzluqda bunun səbəbini axtarmaq və qəbul edib davam etmək lazımdır.Bu cür məqamlarda özünü günahlandırmaq,məyus olmaq,geri çəkilmək və s sizin öz inkişaf yolunuzda heç bir kömək etməyəcəkdir.Əksinə həmişə çətinlikləri gözə alaraq addımlamaq lazımdır.

Motivasiyada qalın,hədəfinizə focuslanın!

Sizə maraqlı olan mövzunu bizimlə paylaşın