Dart, ilk dəfə Google tərəfindən yaradılmış və sonradan Ecma tərəfindən standartlaşdırılmış proqramlaşdırma dilidir. Artıq Google dəstəklədiyi Flutter SDK sayəsinda Dart dili istifadə edilərək həm iOS həm də Android platformaları üçün tətbiqlər yaradıla bilir. Həmçinin Dart proqramlaşdırma dili ilə birlikdə : web, server və IoT(internet of thinks) cihazlar üçün də proqramlar yaza bilərsiniz.
Dil Google tərəfindən 2011-ci ilin oktyabrında yaradıldı və hər il özünü inkişaf etdirərək yoluna davam edir.
Dart dilinin sintaksisi C proqramlaşdırma dilinin kod sintaksisinə oxşayır. JavaScript dilinə və ya işlədiyi sistemdeki native dilə da həmçinin çevrilə bilir. İnterfaceləri, Abstractları, generik tipləri dəstəkləməkdədir. Ən əsas xüsusiyyətlərindən biri də odur ki, hər bir platformada işləyir.
Bir çox dildən fərqli olaraq Dart ilə hazırlanan proqramın yazılma vaxtı daha tez və olduqca rahat şəkildə kodlanması olması üçün yaradılmışdır. Bu səbəbdən özünün paketləri, müxtəlif exceptionları və s bir çox geniş daxili alətlərlə təchiz olunmuşdur.
Dart dilində yazılmış kodu 3 fərqli şəkildə istifadə edə bilərsiniz:
Dart proqramlaşdırma dili üçün tövsiyə olunan populyar editorlar JetBrains IDE'lərdir. Dart plagini IntelliJ IDEA , PyCharm , PhpStorm və Webstorm üçün mövcuddur . Sublime Text və Atom kimi tərtibçilər üçün plaginlər də mövcuddur.
Dartın veb saytından daha geniş məlumat əldə edə bilərsiniz.
Flutter, Google tərəfindən yaradılan və mobil, veb və masa üstü tətbiqetmələrini yaratmaq üçün istifadə edə biləcəyiniz 2017-ci ilin May ayında çıxarılan pulsuz və açıq mənbəli mobil UI kitabxanasıdır.
Flutter bir cross platformdur, eyni infrastrukturdan istifadə edərək həm IOS, həm də Android əsaslı tətbiqetmələr inkişaf etdirə bilərsiniz.
Flutter iki əsas hissədən ibarətdir;
1. Öyrənmək asandır
Flutter ilə mobil tətbiqetmələr hazırlamaq çox asandır. Daha əvvəl Java, Swift və ya React Native istifadə etmişsinizsə, Flutter-in nə qədər fərqli və rahat olduğunu dərhal görəcəksiniz.
2. Geniş dərslik
Öyrənmək üçün rahat dərslik yeni bir texnologiyaya başlamaq üçün vacibdir. Flutter-in rəsmi veb saytındakı dərsliklərindən bütün məlumatları rahat şəkildə əldə edə bilərsiniz.
3. Hot-Reload
Hot-Reload xüsusiyyəti sayəsində tətbiqetmənizdəki kodda etdiyiniz dəyişiklikləri eyni anda görə bilərsiniz. Bu xüsusiyyət proqram hazırlanmasını olduqca sürətləndirir və bu da ən başda müştərini məmnun edir.
4. İstifadəçi genişliyi
Flutter istifadə edən geniş sayta proqramçı mövcuddur və bu günü gündən artmaqdadır. Bu o deməkdir ki, probleminiz olduqda axtardığınız köməyi çox asanlıqla tapa bilərsiniz.