microcode veb saytlarin hazirlanmasi, bloq bolmesi

Beyini yaşlanmaqdan qorumağın yolları

Yaşlılıq, bədən qədər yaddaş və beyinin gücünə də mənfi təsir göstərir. Funksiyasını yaxşı davam etdirə bilməsi üçün beyinin də maşınlar kimi yaş irəlilədikcə, bir az qulluğa ehtiyacı var. Amma, maşınlardakı kimi beyin üçün qulluq qaydaları mövcud deyil.

Bu haqda şaxələnmiş şəkildə çox geniş qaynaqlar vardır.Lakin,onların içərisindən seçib ən çox müzakirə olunanları sizin üçün qeyd etdik.

Qulaqlarınızı qoruyun

Duyğularımızı itirmək, beyinə pis təsir edir. Məsələn, eşitmə duyğusunu itirmək, beyini lazımlı bir xəbərdarlıq mənbəyindən məhrum etdiyi və diqqət mənasında əlavə yük yaratdığı üçün, beyindəki boz toxumanın itkisinə səbəb olur. Bir araşdırmada məlum olub ki, eşitmə duyğusunun itməsi altı illik bir zaman ərzində məlumat qəbulunun azalma riskini 24% artırır.

Yaşdan asılı olmayaraq, eşitmə qabiliyyətinə mənfi təsir edən faktorlara diqqət etmək gərəkdir. Gündə sadəcə, 15 saniyə yüksək səsli rok musiqisinə qulaq asmaq, eşitmə duyğusuna zərər verməyə yetər. Eyni şəkildə gündə 15 dəqiqə saç qurudandan istifadə, səsləri ayıran hüceyrələri zədələyir. Əgər eşitmə probleminiz olduğunu düşünürsünüzsə, mümkün qədər tez həkimə müraciət edin.

Yeni dil və ya musiqi alətində ifa etməyi öyrənin

Zehni gücləndirmək üçün yaradılan beyin gimnastikası proqramları və tapmacaları demək olar ki məhduddur. Lakin, xarici bir dil və ya yeni bir musiqi alətində ifa etməyi öyrənmək, beyini daha çox işlədəcək. Bunların hər ikisi,beyinin bir çox hissəsinin eyni anda işləməsinə səbəb olacaq.Notlar üzərində işləmək,yeni sözlər öyrənmək beyninizi paslanmaqdan qoruyacaq.Bütün bu failiyyətlər yaddaşınızı gücləndirəcək və siz bunların təsirini yaşlandıqca özünüzdə görəcəksiniz.

Ayaqüstü yeməklərdən uzaq durun

Aşırı çəki beyinə, bir çox mənada zərər verə bilər. Damarlarda xolesterinin yığılması beyinə gedən qan axınını məhdudlaşdırır və düzgün fəaliyyəti üçün lazım qida və oksigendən məhrum edir.

Sinir hüceyrələri (neyronlar) insulin hormonu səviyyəsinə qarşı, son dərəcə həssasdır. Mütəmadi olaraq şəkərli və yüksək kalorili qidalar qəbul etdikdə, insulin siqnallari kəsilir, zəncirvari reaksiyaya və beyində zərərli düyünlərin yaranmasına səbəb olur.

Omeqa 3 kimi yağ turşuları, D və B12 vitaminləri, yaş artımı ilə bağlı əmələ gələn beyin problemlərini azalda bilirlər. Aralıq dənizi pəhrizi ilə qidalanan yaşlıların, özlərindən 7, 5 yaş daha cavan insanlarla eyni əqli bacarıqlarına sahib olmalarının səbəbi də budur.

İdman edin

Əslində beyin ilə bədən arasında ayrı-seçkilik etmək doğru deyil. Beyini qorumağın ən təsirli yollarından biri də, bədəni fiziki aktivliklə gücləndirməkdir. Beləcə, beyinə qan axını artacaq və sinir hüceyrələri arasındakı əlaqələri yaradan proteinlər də işə düşəcəkdir.

Yerimək və aerobika kimi yüngül məşqlərdən tutmuş, ağır atletika və bədən formasını inkişaf etdirməyə qədər olan hər növ fiziki aktivliyin, istənilən yaşda faydalı olduğu sübut edilmişdir.

Canlı ünsiyyəti artırın

Beyni qorumanın ən yaxşı yollarından biri də ünsiyyətcil olmaq, adam arasına çıxmaqdır. İnsanlar sosial varlıqlardır.Müasir dünya və yeni işlər ilə əlaqədar olaraq bir çoxlarımız ayda bir dəfə hətda deyərdim ki, işlə əlaqdar olan mövzulardan kənar məsələlərdə çox nadir hallarda dostlar ilə görüşür və ünsiyyət qururuq.Bütün bu amillərin hamısı insanı öz dilində belə cümlə qurarkən çətinliyə düşməyə gətirib çıxarır.Mümkün olduğu qədər insanlarla görüşmək, kitab müzakirələri və s bu kimi qruplara qatılıb beyin fırtınası etmək lazımdır.

70 yaşından yuxarı yaşlılar ilə 12 il boyunca edilən bir araşdırmada, sosial aktiv insanlarda duyğu qəbulunun 70% daha yaxşı olduğu sübut edilib. Başqa insanlarla daimi ünsiyyətdə olmaq, hafizə və diqqəti qoruduğu kimi, zehni əməliyyatları da ümumi olaraq, daha sürətli edir.

Xülasə, sağlam qidalanma, fiziki aktivlik və yaxşı dostluq çevrəsi, sağlam və xoşbəxt bir həyat sürmənin sirri olduğu kimi, beyin gücünü qorumaq üçün də vacibdir.

Əgər yaşadığımız dünyanı,baş verənləri daimi olaraq izləmək üçün vaxt ayıra bilirsinizsə yəgin ki,artıq çoxdan xəbəriniz var.Son dövrlərdə zənginlik cibizinizdəki pulunuz deyil,bildikləriniz,düşüncə qabiliyyətiniz,bir anda sizi yüksəldə biləcək idealarınız və s kimi məsələlərdir.Beyninizin sağlam qalması,işlək olması,tez qərar qəbul etməkdə və yeni bilgiləri qavramaqda sizi digərlərindən fərqləndirirsə,sizin önə keçməyiniz daha da asanlaşır.

Beyninizi qoruyun! Bu sizə lazımdır.

Sizə maraqlı olan mövzunu bizimlə paylaşın