Bu mətndə elm adamları tərəfindən tövsiyyə edilən,insan beyninə fərqli formalarda təsir edən kitabları görəcəksiniz.Bu kitablar motivasiya, öz inkişaf başlığı altında satılmasa da insana fərqli baxış bucağı qazandırmaqda çox faydalıdır.
Ədəbiyyatın hər bir insan üzərində zehnləri rahatladıcı bir təsiri vardır.Hər bir roman insanlar tərəfindən fərqli anlaşıla bilir.Bu təsirlər üzərində araşdırmalar edən elm adamları, bəzi romanların insan beynini inkişaf etdirdiyini,kəskinləşdirdiyini ,varlıq səbəblərini araşdırmağı , düşünməyi asanlaşdırdığını müəyyən etmişlər.
Bu kitablar ilə tanış olaq.
Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
İki min ildən artıq bir müddətdə Sun Tzunun “Hərb sənəti” liderlərə döyüş taktikası və idarəetmə strategiyaları haqqında tövsiyələr verib. Bu kitab Çin mədəniyyətinin üzvi hissəsi olmaqla bərabər, həm də Qərbin həm hərbi işlərdə, həm biznesdə, həm də adi insan münasibətlərində yaşayış uğrunda mübarizəsinin və uğurlarının məhək daşı rolunu oynayıb.
Qədim dünyanın müharibə texnikasına, hiyləgərliklərinə və texnologiyalarına istinad etməklə əsər məhz öz zamanının məhsuludur. Lakin onun çox yeri müasir ssenarilərə də yaxşı uyğun gəlir və bu, indiki zamanda belə onun niyə populyar klassik oxu kimi qəbul olunmasını göstərən səbəbdir. Əslində bu günkü oxucu bu kitabdakıları məhz müharibə şəraiti üçün deyil, daha çox biznes və siyasət kontekstində tətbiq edir.
XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə çevrildi.
Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir.
Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailənin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxunur.
Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında roman. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə baxmadan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.
Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxucunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.
Xoş mütaliələr!