microcode veb saytlarin hazirlanmasi, bloq bolmesi

5G nədir?

5G  (ing. fifth generation) — 5-ci nəsil kabelsiz mobil texnologiya.  5G texnologiyası tərifi barədə fikir ayrılıqları var. İTU İMT-2020 standartlarına görə 5G saniyədə 20 Qiqabitə qədər sürətli internet təmin edə bilər, amma bu yalnız yüksək tezlikdə (15 Qiqahers və yuxarı) mümkündür. Ən son 3GPP standartına görə isə 5G aşağı tezlikdə, 600 MHs-dən 6 GHs-ə  istifadə oluna bilər. Amma bu 4G ilə müqayisədə ancaq 15-50 % daha sürətlidir.  Buna görə də aşağı tezlikdə 5G texnologiyası 4G texnologiyasının "təkamülü" adlandırıla bilər.

3GPP-ə istinadən toplam 74 sahədə xidmət göstərməsi kimi hesablanan bu yeni texnologiya, nəticədə 3 kateqoriyaya qruplaşdırılmışdır. Yəni bütün xidmət növləri bu üç sahənin daxilindədir. Bəs bunlar hansılardır ?

eMBB (Enhanced Mobile Broadband)

uRLLC (Ultra Reliable Low Latency)

mMTC (Massive Machine Type Communication)

Yuxarıda adları çəkilən hər bir xidmət kateqoriyasının oxşar və fərqli texniki tələbatları var. Xidmət sahələrini göstərmək üçün birincidən başlayaq.

eMBB-in xidmət sahələri:

Əvvəlki mobil şəbəkə nəsillərinin ən böyük hədəfi olan yüksək sürətli internet bu kateqoriyaya aid edilir, yəni 4K, 8K UHD keyfiyyətli video, VR (Virtual Reality), AR (Augmented Reality) kimi xidmətlər. Qısası yüksək internet sürəti.

uRLLC-in xidmət sahələri:

Sənayenin avtomatikləşdirilməsi, sürücüsüz nəqliyyat vasitələri, təhlükəsiz avtomobil idarə etmə, məsafəli tibbi müdaxilə və s.

mMTC-in xidmətləri:

Bu kateqoriya digərlərinə görə daha cəlbedicidir. Demək olar ki, bütün ağıllı cihazların bir-biri ilə bağlanması hesablanıb. mMTC həm də “IoT” olaraq da bilinir, yəni onun bir parçası kimi. Çünki, IoT bundan öncəki texnologiyalarda da daha az tutumla olsa da mövcud idi.

IoT – in mənası “Cihazların İnterneti” anlamına gəlir və ingiliscədə “Internet of Things” olaraq yazılır.

Televizor, soyuducu, isitmə sistemi, yanğın sensoru, qaz sensoru, təhlükəsizlik kamerası, sayğacları və daha nələri mMTC-in xidmət sahəsinə aid edə bilərik. Təbii ki, bunlar hal-hazırda evlərdə istifadə etdiyimiz cihazlar olmayacaq. Yeniləri ilə əvəz olunmalıdır hansılar ki, “ağıllı cihaz” adlandırıla bilər. Bu cihazların hər birində 5G şəbəkəsinə bağlanması üçün SIM karta bənzər vasitəçi olacaq. Və ən maraqlı tərəfi də budur ki, bu cihazların əksəriyyəti batareya ilə çalışacaq (sensor, sayğac və s.) və enerji saxlama müddəti 10 ildən daha çox nəzərdə tutulub. Sual yarana bilər ki, bəs şəbəkəyə qoşulan cihaz necə 10 il enerji saxlaya bilər ? Bu cihazları və işləmə prinsipini mobil telefonlar kimi düşünməyək. Çünki, bunların serverə göndərəcəyi məlumat qərarlaşdırılmış zaman aralığında və çox kiçik paketlər olara göndəriləcək. Əgər evimizdən, ofisimizdən, əkin sahəmizdən uzaqda olsaq da onları mobil telefonlara quraşdırlmış uyğun proqramlarla izləmə imkanımız olacaq.

  • Əkin sahasindəki torpağın temperaturu, quruluq dərəcəsi, havası
  • Evimizdə qaz sızıntısı, enerji sərfiyyatı, təhlükəsizliyi
  • Su, qaz, işıq istifadəsinə nəzarət

 

Əlbəttə ki, bu qədər xidmətin ərsəyə gəlməsi üçün 5G texnologiyası bundan öncəkilərlə müqayisədə çox inkişaf etdirilməlidir. Sadaladığımız üç kateqoriya üzrə olan xidmətlərin həyata keçməsi üçün texniki parametrlər daha fərqli olmalıdır.

Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Proqnozlara görə, 2025-ci ilədək  Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.

Başqa sözlə, kim 5G tətbiqini daha tez reallaşdırsa, dünyaya onu dəstəkləyən yeni telefonları da təqdim edəcək və bu da müasir dünyaya yeni sahibin kim olduğunu da təqdim edəcək, ya da təsdiqləyəcək.

İndi az da olsa, aydın olur ki, koronovirusun 5G ilə nəinki əlaqəsi, hətta birbaşa iddia edilən formada yox, dünayaya texnoloji sahiblik fonunda əlaqəsi var. Virus hansı ölkənin iqtisadiyyatını məhv edəcəksə, o bu texnologiyaya daha az şəkildə sahib olacaq.

Bu isə öz növbəsində təkcə maliyyə itkisi deyil, internet sürəti hesabına dünyanın informasiya arxivinin ələ keçirilməsi, data-bazasın sahib olmaq anlamına da gəlir.

5G digər mənada ifadə etsək, bir texnoloji silahdır.

Artıq bilirik ki, qitələrarası hərəkət edən ballastik raketlər,  Yeri öz oxu ətrafından oynadan, gecikdirən, qütblərin maqnit dalğalarını pozan silahlar yaradılıb.

Onların idarəedilməsi də yaradılması qədər vacibdir, 5 G-nin sürəti imkan verir ki, ona sahib olan güc daha çevik hərəkət etsin, hesablamaları sürətlə və dəqiq toplasın, müdafiə və  hücum arasında daha rahat, uğurlu trayektoriya cızsın.

 

Böyük Britaniyanın iri telekommunikasiya şirkətləri müştərilərinə müraciət edərək şəbəkələrin məhv edilməsini dayandırmaq üçün kömək istəyib.

Söhbət ondan gedir  ki, bu proses hansısa üçüncü dünya ölkəsində yox, ən inkişaf etmiş bir bölgədə - Britaniyada baş verir. Böyük Britaniyada vandallar ən azı 20 ədəd 5G qülləsinə zərər vurublar. Buna səbəb insanların 5G qüllərinin koronavirusu yaydığına inanması olub.

Elm isə ikili arasında hansısa əlaqənin olması bardə bütün faktları rədd edir. Amma dünyanın böyük bir hisssində koronovirusa 5G texnologiyasının tətbiqinin səbəb olduğu iddia edilir.

Sizə maraqlı olan mövzunu bizimlə paylaşın